• BIST 100

    15807,88%-0,41
  • DOLAR

    44,37% 0,19
  • EURO

    51,18% -0,07
  • GRAM ALTIN

    6417,41% 2,74
  • Ç. ALTIN

    10535,37% -0,74

Azərbaycan Kitabının Dünyada Tanıdılması

Mədəniyyət Nazirliyinin “Azərbaycan Kitabının Dünyaya Tanıdılması”

Kültür 29.03.2026 18:18:00 0
Azərbaycan Kitabının Dünyada Tanıdılması

 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “Azərbaycan Kitabının Dünyada Tanıdılması”(AKDT) layihəsi haqqında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən etibarən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin və onların əsərlərinin digər ölkələrdə tanıdılması və təbliği məqsədilə “Azərbaycan Kitabının Dünyada Tanıdılması” (AKDT) layihəsi həyata keçirilir. 

Türkiyənin “Zengin Yayıncılık” nəşriyyatı ilə qurulan əməkdaşlıq nəticəsində bu günə qədər layihə üzrə Nizami Gəncəvi, İmadəddin Nəsimi, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Mir Cəlal Paşayev, Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, İlyas Əfəndiyev, Rəsul Rza, Abdulla Şaiq, Mikayıl Müşfiq, Yusif Səmədoğlu, Ənvər Məmmədxanlı, Fərman Kərimzadə, Soltan Məcid Qənizadə, Nigar Rəfibəyli, Elçin, İlyas Tapdıq, Xanımana Əlibəyli, Nizami Cəfərov, Afaq Məsud, Qəzənfər Paşayev, Abdulla bəy Divanbəyoğlu, Mövlud Süleymanlı, Fikrət Sadıq, İsi Məlikzadə, Saday Budaqlı, Teymur Elçin, Səyyad Aran və Simax Şeyda kimi görkəmli ədəbiyyat, elm xadimləri və istedadlı gənc yazarlar Fərid Hüseyn, Günel Şamilqızı, Mirmehdi Ağaoğlu, Qismət Rüstəmov, Səidə Sübhi, Cavid Zeynallı, Ramil Əhməd, Rəvan Cavid daxil olmaqla, ümumilikdə 41 müəllifin 57 adda kitabı türk dilində nəşr edilərək Türkiyəli oxucuların diqqətinə təqdim olunmuşdur. 

3 adda kitab elmi ədəbiyyat, 34 adda kitab bədii ədəbiyyat, 20 adda kitab isə uşaq ədəbiyyatıdır.

 6 kitabın hər biri 2000 nüsxə, 51 kitabın isə hər biri 5000 nüsxə tirajla, ümumilikdə isə 267 000 nüsxə kitab çap olunmuşdur. Həmin kitabların titul vərəqəsində bu layihəyə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən dəstək verildiyi göstərilmişdir. Nəşriyyat kitabların keyfiyyətli tərcüməsi və çapı ilə yanaşı, Türkiyədə yayılması və tanıtımına da geniş diqqət ayırmışdır. 

Dövr ərzində kitablar Türkiyə üzrə bir sıra kütləvi kitabxanalara, ali təhsil ocaqlarına və digər aidiyyəti qurumlara təqdim edilmiş, İstanbul, Ankara, İzmir, Adana, Iğdır və s. şəhərlərində kitab satış mağazalarında, həmçinin Türkiyənin ən böyük internet kitab satış portallarında yerləşdirilmişdir. Kitablar ilə bağlı mətbuatda məlumatlar dərc olunmuş, video süjetlər yayımlanmış və Türkiyənin ən nüfuzlu təhsil müəssisələrinin (İstanbul Universiteti, Boğaziçi Universiteti, Yıldız Texniki Universiteti, Qalatasaray Universiteti, İstanbul Texniki Universiteti, Mərmərə Universiteti, Memar Sinan Universiteti, İstanbul Texniki Universiteti) qarşısındakı reklam lövhələrində elanlar yerləşdirilmişdir. 

Azərbaycan ədəbiyyatını və mədəniyyətini tanıdan, təbliğ edən kitabların nəşri həm ölkə daxilində, həm də Türkiyədə rəğbətlə qarşılanmışdır. İlyas Əfəndiyevin “Körpü salanlar”, Yusif Vəzir Çəmənzəminlinin “Qan içində”, Yusif Səmədoğlunun “Qətl günü” və Afaq Məsudun “Azadlıq” romanının ilk tirajının bütün nüsxələri oxucular tərəfindən alınmışdır (2017-2019-cu illərin statistikası). Əldə olunan gəlirlə növbəti tirajların nəşri həyata keçiriləcəkdir. 

Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli Sərəncamının icrası ilə əlaqədar cari ildə layihə üzrə professor Qəzənfər Paşayevin tərtibatçısı olduğu “İmaddədin Nəsimi. İraq divanı” çap olunmuş, Bakıda, İstanbulda və Almaniyanın Frankfurt şəhərində təqdimatı keçirilmişdir. 

Ardınca dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin misilsiz ədəbi irsinin Türkiyədə tanıdılması, təbliği məqsədilə “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” poemalarından ibarət “Xəmsə”sinin türk dilində nəşri başa çatdırılmış və yuxarıda adları qeyd olunan şəhərlərdə geniş təqdimatı olmuşdur.

 2020-ci ildən etibarən isə layihə çərçivəsində “Azərbaycan Ədəbiyyatı Gənclik Seriyası” üzrə Türkiyədə tanıdılması məqsədilə istedadlı gənc şair və yazıçılarımızın əsərlərinin nəşrinə başlanılmışdır. 

Qeyd edek ki *Yuxarıdakı məlumatlarda Mədəniyyət Nazirliyinə bağlı olmayaraq, bizim səlahiyyətimizdə tərcümə edilib və nəşr olunan Azərbaycan tarixi və mədəniyyətinə aid kitabların təsvirləri və siyahıları göstərilmir. 

Göstərilməyən siyahımızda Həsən Həsənov’un ‘’Atropatena’’ ,Vilayət Quliyev’in ‘’Atatürk və Ahmet Ağaoğlu’’, Yenə Vilayət Quliyev’in ‘’Uzaq və Yaxın Türklər’’i kitabları ilə yanaşı mühüm yazarların kitabları da mövcuddur.* Mədəniyyət Nazirliyinin “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi çərçivəsində çap olunan kitabların siyahısı

 

 

Mədəniyyət Nazirliyinin “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi çərçivəsində çap olunan kitabların siyahısı № Kitabın müəllifi və adı Tirajı (nüsxə ) Nəşr ili 1. Yusif Vəzir Çəmənzəminli “Qan İçində” (İki Od Arasında) Yusuf Vezir Çemenzeminli ‘’Kan İçinde’’ ( İki Ateş Arasında) 5000 2016 2. Cəlil Məmmədquluzadə “Danabaş Kəndinin Əhvalatları” Mirze Celil Memmedguluzade ‘’Danabaş Köyünün Hikayeleri’’ 5000 2016 3. Yusif Səmədoğlu “Qətl Günü” Yusuf Samedoğlu ‘’Kırım Günü’’ 5000 2017 Benzeri Kitapiar Zengin Yayıncılık tarafından Türkiye'de dağıtımı yapılmaktadır. 

Tercih EN PARA Olursa Kazanırsın

Gelenekten Bilime Uzanan Şifa Bitkisi

İnsan Kötü Doğmaz, Peki Nasıl Kötü Olur?

Azərbaycan Kitabının Dünyada Tanıdılması

"İktidarın İran konusunda duruşu olumlu"

ÇİMLER ÜZERİNDE BİR FESTİVAL

Mükemmeliyetçilik Sendromu

MUHSİN BAŞKANSIZ GEÇEN 17 YIL, VEFA SINAVIDIR”

SSK Kanser İlaçlarının Bedelini Ödüyor

“Milli Ülkü, Güçlü Gelecek”

Türk petrol gemisi vuruldu!

Gençler Tarihle Buluştu

Tarihe Karşı İşlenen Açık Bir Suç!

‘Yılın Doktoru’ Seçimine Sert Çıkış: “Hangi Kriterle Seçildi?”

NARLIDERE’DE YOĞUN İLGİ GÖREN SEMİNER YENİDEN YAPILIYOR

Muhsin Yazıcıoğlu Kabri Başında Anıldı

Bu Savaşın Sebepleri

“ANKARA’DA BAYRAM, MERHEMDİR”

İnsanlık Yeni Bir Bayram Hikâyesi Yazamaz mı?

BTP Fatih İlçe Teşkilatı’ndan İftar

Dünya Bu Zaferi Hatırlasın

Bu Besinler Vücudu Gençleştiriyor

"İRAN, 50 KUZEY KORE EDER"

Bitter Çikolata Ömrü Uzatıyor-mu?

Emekliler Dikkat

İNSANLIK HAKİKATEN ÖLMÜŞ MÜ?

PANCAR İLE İLGİLİ ÖNEMLİ HUSUSLAR

Yarın 18 Mart…

​Akıbetimiz Bayram Olsun

Yankısız Bir Çağda Yaşamak

Yükleniyor

loading

LİG TABLOSU

Takım O G M B Av P
1.GALATASARAY A.Ş. 26 20 2 4 44 64
2.FENERBAHÇE A.Ş. 27 17 1 9 33 60
3.TRABZONSPOR A.Ş. 27 18 3 6 24 60
4.BEŞİKTAŞ A.Ş. 27 15 5 7 18 52
5.RAMS BAŞAKŞEHİR FUTBOL KULÜBÜ 27 12 8 7 14 43
6.GÖZTEPE A.Ş. 26 11 5 10 10 43
7.SAMSUNSPOR A.Ş. 26 8 7 11 -2 35
8.KOCAELİSPOR 27 9 12 6 -9 33
9.GAZİANTEP FUTBOL KULÜBÜ A.Ş. 27 8 10 9 -10 33
10.CORENDON ALANYASPOR 27 6 8 13 1 31
11.ÇAYKUR RİZESPOR A.Ş. 26 7 10 9 -4 30
12.TÜMOSAN KONYASPOR 27 7 11 9 -8 30
13.NATURA DÜNYASI GENÇLERBİRLİĞİ 27 6 14 7 -9 25
14.HESAP.COM ANTALYASPOR 27 6 14 7 -18 25
15.KASIMPAŞA A.Ş. 27 5 13 9 -15 24
16.ZECORNER KAYSERİSPOR 27 4 12 11 -27 23
17.İKAS EYÜPSPOR 27 5 15 7 -19 22
18.MISIRLI.COM.TR FATİH KARAGÜMRÜK 27 4 18 5 -23 17

YAZARLAR