H.Əliyev yolu- Türksüz Azərbaycançılıq Stalin yoludur
Prezidentin çixişlarindaki, fikirlərindəki, hedeflerindeki ziddiyyətlər ölkeni çıxmaza sürükleyir. Cənab prezident o qədər ziddiyyətli, sürətli u dönüşləri edir ki, qərar verə bilmirsən ki, bu kimdir, nə istəyir, ölkəni hara aparir.
Bir neçə ay öncə TDT ortaq əlifba və ortaq türk dilinə keçməyə qərar verdi. Sevindik.
Ancaq bu gun prezident Azərbaycan dilindən danişir. Gör ha, Türk dili demir, Azərbaycan dili deyir, 50 milyonun dili deyir. (Yeri gəlmişkən xatirladim. 10 milyon quzey Azerbaycanda yaşayir, onlar öz dilinə Azərbaycan dili deyir, 40 milyon da güney Azərbaycanda yaşayir, onlar öz dillərinə Türk dili deyir. Güney Azərbaycan türkleri dil ve kimlik məsələlərində H.Əliyev yolu getməkdən kəsinlikle imtina edir) Sonra da əlavə edir ki, dil və ulusal kimlik məsələsində mən H.Əliyev yolunu gedəcəyəm.
Heydər Əliyev ömrünü Rus Sovet imperiyasina xidmətlə keçirdi. H.Əliyevin yolu filani yoxdur, heç vaxt da olmayib. Moskva nəyi əmr edib, o da onu icra edib. H.Əliyev Rus imperiyasinin KKB generali olub, Rus imperiyasinin qubernatoru olub.
Diqqət: Azərbaycan xalqinin gözlədiyi Şiyə esxatalogiyasindaki qurtuluşçu Mehdi Qeybden gelmedi, Moskvadan geldi. Geldi ve Ramiz Mehdiyevləri bizim başimiza keçirdi.
H.Əliyev dil və kimlik məsələsində də, Stalinin yolunu getdi. Stalinin uydurduğu türksüz dil və kimliyi Azərbaycana zorla qəbul etdirdi.
Mən H.Əliyevin yolunu getmədim, getməyəcəm!!!
Əsla KKB generalina ulu öndər demədim, demərəm!
Bu Ramiz Mehdiyevun, YAP partnomenklatura çetəsinin uydurmasidir, tarixi saxtalaşdirmasidir.
(H.Əliyev də yeğanə mütləq həqiqət deyil, Allah deyil, az şişirdin. Buraxin onu tarixdə yerində qalsin. Ondan ideoloq, ulu öndər falan düzeltmek Azərbaycan tarixi ilə, Türk millətinin tarixi ilə ziddiyyət təşkil edir. O dövlət adamidir, siyasətçidir, lakin millət qurucusu deyildir. Şəxsiyyətə pərəstişə son qoyun. Bu millətə büt düzəltməyin)
Mənim yolum H.Əliyevin yolu deyil.
H.Əliyevin yolu- sosializm, kommunizm- fəhlə diktatorluğu, ateizm, materializm, darvinizm, internasionalizm, Türksüz Azərbaycançiliq- üzərində ulusal kimlik inşa etmək olmaz. 30 il əvvəl biz İstiqlal mübarizəsi apardiq və bu yolu qapatdiq.
H.Əliyev yolu Azərbaycani Türk dünyasindan qoparir, təcrid edir və Azərbaycanda Rusiyanin əlini gücləndirir.
Mən H.Əliyevin dil və kimlik siyasətinə qarşiyam.
Onun dil və kimlik siyasəti Moskvanin siyasətinə uyğundur.
H.Əliyevin yolu Türk millətinin yolu ilə ziddiyyət təşkil edir.
Mənim yolum Türk millətinin yoludur.
Mənim dilim Türk dilidir, millətim Türkdür.
TDT- nin dil və kimlik haqqinda qərarlarini icra etmək lazimdir. Buraxin Azərbaycan türkləri böyük Türk dənizi ilə qovuşsun, qarişsin.
Prezidentin AMEA-daki çixişi TDT -nın 2040 vizyonu ilə, proqrami ilə ziddiyyətlər təşkil edirdi.
Azərbaycan Türkiyə ilə Türkîstanı birləşdirən bağdir, körpüdür. Türk dünyasi Azərbaycandan birləşər Azərbaycandan da qırılar. Elə siyasət izləməliyik ki, bağ olaq, körpü olaq, birlik quraq. Bu da anayasada Türk dilinin bərpasindan keçir. Azərbaycan millətləşmə prosesi Türk dünyasini ya qaldıracaq, ya çoktürəcək. Prezidentin siyasəti Türk dünyasını birləşdirən, yüksəldən siyasət olmalidir.
H.Əliyevin türksüz Azərbaycançilıği Türk dünyasi arasindaki birliyə bir zərbədir, fay xəttidir.
Cənab prezident siz H.Əliyevin yolunu getməyin, Türk Millətinin yolunu gedin. O yol sizi ucaldacaq.
Buraxin H.Əliyev tarixdə qalsin. O öz zamaninin siyasətçisidir. Siz bizim zamanimizin siyasətçisisiniz. Siz yeni zaman, yeni Tarix yaradin. Türk millətinin birlik tarixini yaradin. Siz H.Əliyevin bioloji oğlusunuz, elə işlər görün ki, Türk millətinin mənəvi oğlu olun.
Sizi ziddiyyətli göstərən də keçmişdən, Rus Sovet imperiya tarixindən qopa bilməməyinizdir.
Siz Qarabağda Rus imperiyasini yendiniz. Azərbaycan türk düşüncəsində, ulusal kimlik inşasinda da yenin. Ulusal kimliyimiz Türk milləti və Türk dili üzərində yüksəldilməlidir. Bizim ailəmiz Türk ailəsidir!