Behruz Farukoğlu

Tarih: 09.03.2025 17:16

KÜRESEL FIRTINA – 2

Facebook Twitter Linked-in

KÜRESEL FIRTINA – 2

Aziz ve Büyük Türk Milletim,

Bu gün qarşıdan gələn Yeni Dünya Düzənində geosiyasi və geo-iqtisadi oyunların Türk Dövlətlərimiz üçün nə qədər böyük təhlükə yaratdığını və yeni yaranan Güc Mərkəzlərinin Dövlətlər Birliyi çərçivəsində necə formalaşdığını araşdırdığım bilgilər əsasında sizinlə paylaşmaq istəyirəm.

Öncədən bildirirəm ki, kimlərsə bu yazdıqlarıma komplo teorisi kimi baxmasın.
Burada qeyd etdiklərim bu gün dünyamızda baş verən geosiyasi hadisələrdir.

Əfəndilər,
Biz Türklər və Türk Dövlətləri, qarşıdan gələn Kürəsəl Fırtınaya gecikmədən hazır olmalıyıq.


---

Yeni Doğan İdarəçilik

19-cu yüzilin sonları və 20-ci yüzilin əvvəllərində Avropada doğan milliyyətçilik dünyada yeni bir dövr yaratdı.
İmperiyalar və krallıqlar etnik milliyyətçilik dalğası ilə ortadan qaldırıldı.
20-ci yüzilin tələblərinə uyğun Cümhuriyyətlər qurularaq, dünyamız tərəqqi (proqres) ideologiyası ilə inkişaf etməyə başladı.

Sənayeləşmə (industria), elm, dövlətçilik institutları, insan haqları və bir çox digər təşkilatlar yaradılaraq, 20-ci yüzilin modern dövlət idarəetmə sisteminə keçid edildi.

Bu gün 21-ci yüzilin tələbləri Yeni Dünya Düzənində artıq modern dövlət idarəetmə sisteminə keçidi şərt kimi ortaya qoyur.

Bu sistemə keçməyən dövlətlər:

Ya yox olacaqlar,

Ya da Yeni Dünya Düzənində güclü dövlətlər tərəfindən işğal edilərək xəritədən silinəcəklər,

Və ya başqa güclü dövlətlərə birləşdirilərək dövlətçilikləri məhv ediləcək.


Bu gün, 2025-ci ildir.
Bu proje dünya gücləri (Üst Akl) tərəfindən 2000-ci ildə düyməyə basılaraq başladılmış və 2040-cı ilə qədər layihənin A mərhələsi tamamlanmış olacaq.
B mərhələsi isə 2040-dan sonra dünyanın iqtisadi və siyasi gedişatının təməlinin qoyulmasını hədəfləyəcək.

Bu gün baş verən müharibələr, dövlətlərin yox olması və parçalanması, insanların qətl edilməsi və yeni qurulacaq qlobal birliklər məhz bu planın bir hissəsidir:

AFDB – Afrika Dövlətlər Birliyi (Tanzaniya mərkəzli)

BTDB – Birləşmiş Türk Dövlətləri Birliyi

Yeni AB – Almaniya mərkəzli Avropa Birliyi

AvroAsiya – Çin mərkəzli Dövlətlər Birliyi

ƏDB – Ərəb Dövlətləri Birliyi

YUŞDB – Yaponiya mərkəzli Uzaq Şərq Dövlətlər Birliyi

ADB – Amerikan Dövlətləri Birliyi (Şimali və Cənubi Amerika – ABŞ mərkəzli)


Bütün bunların nəticəsində indiki BMT (Birləşmiş Millətlər Təşkilatı) ləğv ediləcək və onun yerinə Yeni BMT – Birləşmiş Dövlətlər Birliyi yaradılacaq.

Bütün dövlətlərin ordu və polis qurumları mərkəzləşdirilərək vahid idarəetmə sisteminə tabe etdiriləcək.

Bunlar dünyamızı idarə edən elitaların, pul və silah baronlarının, İlluminati adlandırılan Üst Aklın projesidir.


---

Yeni Doğan Milliyyətçilik

Artıq dünyada sağ və sol milliyyətçilik qarşıdurması qızışdırılır.
Bu siyasi mübarizədə hansı milliyyətçiliyin qalib gəlməsi Evangelist Xristian və Anglo-Sak qrupların dəstəyindən asılı olacaq və bu da dövlətlərin siyasi formasını müəyyən edəcək.

Bu, qaçılmazdır.

Bu gün artıq Almaniyada Xristian Demokrat Partiyası lideri Filip Merz seçkilərdə qalib gələrək yeni bir modern Hitler obrazı yaradır. O, ABŞ-da Tramp administrasiyasına və Putinin Rusiyasına qarşı Alman milliyyətçiliyini formalaşdıracaq.

Bu milliyyətçi hərəkat yaxın gələcəkdə bütün Avropa dövlətlərini əhatə edəcək.
Tarix boyu Avropa milliyyətçi düşüncəsi radikal və faşist ideologiyası ilə qan içən bir sistem qurub.
Bu yeni milliyyətçilik Avropa xalqlarının gələcəyində faciəvi rol oynayacaq.


---

Türk Milliyyətçiliyi

Milliyyətçilik nədir?

Dövlətini və millətini sevmək,

Millətini ucaltmaq və rifahı üçün çalışmaq,

Digər millətlərin dininə, mədəniyyətinə və dilinə sayğı duyaraq öz milli dəyərlərini yaşatmaqdır.


Milliyyətçilik:

Ucaldar, azaltmaz.

Bir millətin ruhunu, düşüncəsini gücləndirər.

Düşməninə olan kini unutmaz.

Millətin çətin günlərində fədakarlıq edər.


Türk milliyyətçiliyi tarixdə imperiyalar qurmuş, dövlətlər yaratmışdır.
Milli düşüncəsi sağlam olan bir Türk heç vaxt dövlətinə, millətinə və xalqına xəyanət etməz.


---

Sonuç: Yeni Dünya Düzənində Türklər

Yeni düzəndə Türkiyə Cümhuriyyəti başda olmaqla Türk Dövlətlər Birliyi qurulacaq.
Bu birliyə:

KKTC, Suriya, İraq, Kərkük, Mosul, Fələstin və Ürdün də daxil ediləcək.

İsrail belə bu birlikdə qorunmaq üçün müraciət edəcək.

Doğu Türkistan və Yaponiya da BTDB-yə (Birləşmiş Türk Dövlətləri Birliyi) qoşulacaq.

İranın Güney Azərbaycan bölgəsi Türk Özerk Cümhuriyyəti kimi formalaşacaq.

Ermənistan və Gürcüstan isə bu birliyin içində əriyərək yox olacaq.


Zəngəzur dəhlizinin açılması bu prosesləri sürətləndirəcək.

Yeni Dünya Düzənində Türklər güclü bir qütb yaradacaqlar.
Mən bunu görürəm və inanıram.

Bu dediklərim bir gün gerçəyə çevrildikdə, o günü görən Türk milliyyətçiləri məni xatırlayacaq.

Yeter ki, bu Kutlu Davaya Ruhunuzla inanın!

Saygılarımla,
Behruz Farukoğlu

Orjinal Köşe Yazısına Git
— KÖŞE YAZISI SONU —